Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının artım göstəricilərini açıqlayıb.

İndex.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyindən verilən açıqlamada ötən ilin ikinci rübündə ölkə iqtisadiyyatının 4,6% artdığı bildirilib.

Rusiya iqtisadiyyatının iyun ayında 5,3% böyüdüyü, ilin ilk yarısında illik 1,4% artım qeydə alındığı ifadə edilib.

Açıqlamada, sənaye istehsalının ilin birinci yarısında ötən ilə nisbətən 2,6% artdığı, iyun ayında inflyasiyanın illik bazda 3,6% olaraq qeyd edildiyi ifadə edilib.

Rusiya Mərkəzi Bankının hesablamalarına görə, keçən il 2,1% kiçilən Rusiya iqtisadiyyatının bu il 2% civarında böyüməsi gözlənilir.