Rusiya hökuməti ölkədəki şirkətlər və yüksək gəlirli işçilər üçün vergi öhdəliklərinin mərhələli şəkildə artırılmasını təsdiqləyib.
İndex.az xəbər verir ki, iclasın sonunda təsdiq edilən təklifə əsasən, ölkədə şirkətlərin və yüksək gəlirli işçilərin vergi öhdəlikləri artırılıb.
Beləliklə, Rusiyada ildə 2,4 milyondan 5 milyon rubla qədər qazananların gəlir vergisi dərəcəsi 13%-dən 15%-ə yüksəlib.
Gəlir vergisi dərəcələri 5 ilə 20 milyon rubl arasında qazananlar üçün 18%-ə, 50 milyon rubldan çox qazananlar üçün isə 22%-ə çatdırılıb.
Ölkədə korporativ vergi dərəcəsi 20%-dən 25%-ə yüksəldiyi halda, ildə 2,4 milyon rubldan az gəlir əldə edənlər üçün gəlir vergisi dərəcəsi sabit olaraq 13% səviyyəsində saxlanılıb.
Rusiya Baş naziri Mixail Mişustin, yığıncaqda etdiyi şərhdə, təxminən 2 milyon insanın vergi artımlarından təsirlənəcəyini söyləyib.
Rusiya hökuməti bu dəyişikliklərin büdcəyə hər il təqribən 2,6 trilyon rubl (təxminən 30 milyard dollar) əlavə gəlir gətirməsini hədəfləyir.
