Rusiya Maliyyə Nazirliyi, avqustun 7-dən sentyabrın 6-dək daxili bazarda yenidən valyuta alışına başlamaq qərarına gəldiyini açıqlayıb.

İndex.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumata görə, alış üçün 40,5 milyard rubl (733 milyon manat) ayrılıb.

Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada, neft və təbii qazdan gələn əlavə büdcə gəlirlərinin avqust ayında 73,2 milyard rubla (1,3 milyard manat) çatmasının gözlənildiyi qeyd edilib.

Rusiya Maliyyə Nazirliyi daxili bazarda xarici valyutanı sonuncu dəfə 2022-ci ilin yanvarında büdcə qaydaları çərçivəsində alıb.