Rusiya 2022-ci ildə “Nord Stream” qaz kəmərlərini pozan partlayışlarla bağlı Almaniyadan şikayət edib.
İndex.az xəbər verir ki, Almaniya mediasının yaydığı xəbərə görə isə alman prokurorları ukraynalı dalğıc təlimatçısını “Nord Stream”də təxribat törətməkdə şübhəli şəxs kimi müəyyən edib və onun Polşada həbsinə order verib.
Rusiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Oleq Tyapkin məsələ ilə bağlı açıqlamasında müvafiq iddialar irəli sürdüklərini qeyd edib:
"Almaniya və digər təsirə məruz qalan ölkələrin BMT-nin antiterror konvensiyalarından irəli gələn öhdəliklərini yerinə yetirməsi üçün məsələ qaldırmışıq. Biz bu məsələ ilə bağlı rəsmi olaraq müvafiq iddialar irəli sürmüşük".
