Rusiya Kənd Təsərrüfatı Nazirliyi bir sıra məhsullarının ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib.
İndex.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hökumətə təqdim etdiyi layihəyə əsasən, müxtəlif ağ ət məhsulları və yumurtaların ixracının 6 ay müddətinə dayandırılması təklif edilib.
Bu qadağanın məqsədi daxili bazarda mümkün kəsirin qarşısını almaq və qiymətlərdə sabitliyi təmin etməkdir.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə ağ ət məhsullarının qiymətində 25,3% artım qeydə alınıb.
