“Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar mərhələsi məhsuldar keçib, lakin yekun nəticəyə nail olmaq üçün hələ çox iş görülməlidir.”

İndex.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlaması zamanı deyib.

"Hələ görüləsi çox iş var, amma bu gün çox məhsuldar və faydalı bir danışıqlar sessiyası oldu və inanıram ki, əlavə irəliləyiş əldə edilib", - o bildirib.

Rubioya görə, ABŞ məsələnin sülh yolu ilə həllinə nikbin baxır, lakin ümumilikdə realist olaraq qalır.