Britaniyanın baş naziri Rişi Sunak ölkəsini qlobal süni intellektlə bağlı təhlükəsizlik qaydalarının mərkəzinə çevirmək istədiyini bildirib.

İndex.az xəbər verir ki, Sunak "London TechWeek"in açılışındakı çıxışında bildirib ki, innovasiya insanların həyatını dəyişdirən ən böyük qüvvələrdən biridir və hazırkı durum sənaye inqilabını üstələyə biləcək insan inkişafı üçün bir fürsətdir.

Sunakın fikrincə bu sahədə tez hərəkətə keçmək lazımdır:

"Əgər biz təkcə dünyanın texnologiya paytaxtlarından biri kimi mövqeyimizi qorumaq deyil, həm də böyümək və Böyük Britaniyanı texnologiya sərmayəsi üçün ən yaxşı yerə çevirmək istəyiriksə, sürətli olmalıyıq. Biz Böyük Britaniyanı süni intellektdə sırf intellektual mərkəzə çevirəcəyik. Mən onu qlobal AI təhlükəsizlik qaydalarının mərkəzinə çevirmək istəyirəm. Buna görə də Böyük Britaniya bu il süni intellektlə bağlı ilk qlobal sammitə ev sahibliyi edəcək. Biz iqlim dəyişikliyinin qarşısının alınmasında həmrəy olduğumuz kimi, süni intellekt üzrə qlobal əməkdaşlığa da ehtiyac var”.