ABŞ-ın kriptovalyuta şirkəti "Ripple" yeni satınalma həyata keçirib.
İndex.az xəbər verir ki, ABŞ-ın kriptovalyuta şirkəti "Ripple", İsveçrədə yerləşən rəqəmsal aktivlərin saxlanması texnologiyası provayderi "Metaco"nu 250 milyon dollara satın alıb.
"Ripple"dən verilən açıqlamada bildirilib ki, sözügedən satınalma ilə şirkət hər cür kriptovalyutaların saxlanması, ötürülməsi və mübadiləsini rahat həyata keçirəcək.
"Ripple" CEO-su Bred Garlin1hous, "Metaco"nun icraçı heyəti və müştəri tarixi ilə korporativ rəqəmsal aktivlərə nəzarətdə çox yaxşı olduğuna diqqət çəkdi.
