Rəqəmsal xəritə əsaslı platformanın yaradılması 4 milyon manata başa gələcək
İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi" MMC rəqəmsal xəritə əsaslı platformanın yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "4Maps Bilgi Teknolojileri" MMC-dir.
Qalib şirkətə 3,73 milyon manat ödəniləcək.
