Uzun müddət yaşıl meydanlardan uzaq qalacağı iddiaları yayılan Arda Gülərin durumuna "Real"ın baş məşqçisi Karlo Ançelotti aydınlıq gətirib. 

18 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bu barədə italiyalı mütəxəssis açıqlama verib:

"Arda Gülərin zədəsi? Bu ciddi problem deyil. Əməliyyat keçirməlidir, ya yox analiz etməyə çalışırıq. Arda maksimum 1 ay yaşıl meydanlardan uzaq qalacaq".

Qeyd edək ki, daha öncə Ardanın zədəsinin 2-3 aya sağalacağı bildirilirdi.