"Real Madrid" Əbu-Dabi fondu "Mubadala" ilə sponsorluq məsələsində üz-üzə gəldiyi məhkəməni uduzub.
İndex.az xəbər verir ki, "Reuters"in yaydığı məlumata görə, Əbu-Dabidən olan sərmayəçi "Mubadala" 20 il müddətinə "Santiago Bernabeu" stadionunun ad hüququnu alacaq sponsorluq müqaviləsinin şərtlərini yerinə yetirmədiyi üçün İspaniyanın "Real Madrid" futbol komandası məhkəməyə müraciət edərək 400 milyon avro tələb edib.
Parisdə Beynəlxalq Ticarət Məhkəməsinin qaydaları əsasında yaradılmış arbitraj məhkəməsi "Mubadala"nın xeyrinə qərar verərək "Real Madrid" tərəfinin 400 milyon avro tələbini rədd edib.
2014-cü ildə "Real Madrid" stadionun əsaslı təmirini maliyyələşdirmək üçün "Mubadala" ilə strateji tərəfdaşlıq müqaviləsi bağlamışdı.
Layihəyə, mövcud stadiona yeni bir dam və xarici görünüş əlavə etmək, bununla yanaşı klubun gəlirlərini artırmağa kömək etmək üçün otel ilə ticarət mərkəzi tikmək aid idi.
