Yaponiyada yeni çip istehsalı müəssisəsi qurulacaq.

İndex.az xəbər verir ki, “Toyota” və “Sony” də daxil olmaqla 8 Yaponiya şirkətinin daxil olduğu “Rapidus” yarımkeçirici çip konsorsiumunun məlumatına görə, 37 milyard dollar investisiya ilə ölkənin ən şimal bölgəsi Hokkaydoda çip istehsalı müəssisəsi qurulacaq.

İnvestisiya çərçivəsində iki nanometr çip istehsalı hədəfllənir.

“Rapidus”un yeni texnologiya sərmayəsi üzrə prezidenti Koike Atsuyoşi hökumətin büdcə təsdiqləmə proseduruna əsaslanan xüsusi planına ümid etdiklərini bildirib.

Qeyd edək ki, Yaponiya hökuməti tərəfindən dəstəklənən və “Toyota” və “Sony” də daxil olmaqla 8 yapon şirkətinin iştirak etdiyi “Rapidus” konsorsiumu 2022-ci ilin avqustunda yaradılıb.