Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 24,2 faizi Rusiya, 17,6 faizi Türkiyə, 8,1 faizi İran, 6,4 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,6 faizi Çin, 2,5 faizi İsrail, 2,4 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus və Böyük Britaniya, 1,0 faizi Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olub, 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan - 1,7 dəfə, İordaniyadan - 49,6 faiz, Çindən - 43,1 faiz, Özbəkistandan - 38,6 faiz, Qırğızıstandan - 34,9 faiz, Yaponiyadan - 26,4 faiz, Qazaxıstandan - 20,3 faiz, Pakistandan - 12,5 faiz, İtaliyadan - 11,4 faiz, Almaniyadan - 10,3 faiz artıb.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 faiz artaraq 111 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 faiz azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 804,5 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2,5 faiz artaraq 1 milyon 67,7 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,7 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
