FED-in Çikaqo üzrə sədri Qulsbi bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, Qulsbi verdiyi açıqlamada ABŞ iqtisadiyyatında inflyasiyayanın 2%-lik hədəfə doğru getdiyini bildirib.
Qulsbinin fikrincə, cümə axşamı səhər saatlarında açıqlanan hökumət hesabatı istehlak qiymətlərinin iyun ayında gözlənilmədən zəiflədiyini göstərir.
Onun sözlərinə görə, yanvar ayında qeydə alınan inflyasiya göstəricilərinin gözləniləndən daha güclü olması, sadəcə olaraq 2%-lik hədəf yolunda kiçik bir zərbə olub.
