FED sədri Qolsbi FED-i faiz dərəcəsini artırarkən ehtiyatlı olmağa çağırıb.

İndex.az xəbər verir ki, FED-in Çikaqo üzrə sədri Austan Golsbi, pul siyasəti ilə bağlı qərarları qəbul edərkən son dövrlərdə bank sektorunda yaşanan gərginlikləri nəzərə alıb, sağlam düşüncə və səbirlə hərəkət etməyin lazım olduğunu bildirib.

O, "Çikaqo İqtisadi Klubu"nda çıxışı zamanı bildirib ki, belə məqamlarda maliyyə gərginliyi olduqda, ən düzgün monetar yanaşma maliyyə stressinin real iqtisadiyyata potensial təsirinin qiymətləndirilməsidir.

Sıx kredit şərtlərinin inflyasiya təzyiqlərini azaltmağa kömək edəcəyini qeyd edən Qolsbi, FED-in pul siyasətinin hazırkı gündəmə uyğun olduğunu bildirib:

“Mövcud pul siyasətimizlə daha sərt kredit şərtləri arasında heç bir ziddiyyət yoxdur. Xüsusən də bu maliyyə sisteminin gücləndirilməsinə kömək edir. Hazırkı pul siyasətimizlə sərt kredit şərtlərini inflyasiyanı soyutmaq üçün birlikdə işlədə bilərik. Lakin biz onu da qəbul etməliyik ki, bu birləşmə müəyyən sektorlara və ya regionlara şəkildə təsir edə bilər”.