Qlobal maliyyə liderləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantılarında məsələləri müzakirə edəcəklər.
İndex.az xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra yenidən formalaşan dünya iqtisadiyyatında ABŞ-ın rəhbərliyi ilə qurulan və “Bretton Woods əkizləri” adlandırılan BVF və Dünya Bankı illik toplantılarını oktyabrın 9-da Mərakeşdə keçirəcək.
Mərakeşdə sentyabrın əvvəlində 3 minə yaxın insanın ölümü ilə nəticələnən 7 bal gücündə zəlzələdən sonra keçiriləcək iclaslarda maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri, akademiklər bir araya gələcək.
Qlobal maliyyə liderlərinin qatıldığı görüşlərdə "Covid-19" epidemiyasının davam edən təsirləri, Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadiyyata nəticələri, iqlim dəyişikliyinin artan təsirləri, artan borc səviyyələri və borcların yüngülləşdirilməsi kimi məsələlər müzakirə ediləcək.
