Qlobal mərkəzi bankların əksəriyyəti ya faiz artımının sonuna yaxınlaşır, ya da faiz endirimlərinə hazırlaşır.
İndex.az xəbər verir ki, "Bloomberg"in açıqladığı məlumata görə, "Bloomberg" izlədiyi 23 regiondan ən azı 20-də 2024-cü ildə uçot dərəcələrinin azaldılması gözlənilir.
FED-in may ayında yekun faiz artımından sonra dayanacağı ilə bağlı gözləntilər digər mərkəzi bank qərarları ilə bağlı proqnozlara da təsir edir.
Buna görə də, qlobal mərkəzi bankların əksəriyyəti faiz artımı dövrünü artıq başa vuraraq qarşıdakı dövrdə faiz endiriminə hazırlaşır.
Açıqlamada bildirilir ki, Braziliyadan İndoneziyaya kimi bütün ölkələrdə uçot dərəcələrinin azaldılması bu il başlaya bilər.
Bununla yanaşı bir çox inkişaf etmiş ölkələrin də oxşar yolla getməsi gözlənilir.
