Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal borc monitorinqi” hesabatını dərc edib.

İndex.az xəbər verir ki, hesabata görə, birinci rübün sonunda qlobal borclar əvvəlki rüblə müqayisədə 8,3 trilyon dollar artaraq 305 trilyon dollara çatıb.

İnkişaf etməkdə olan ölkələrin 75%-nin borcları artıb və 100 trilyon dolları ötərək bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Borcların bölgüsünə nəzər salsaq, birinci rübün sonunda ev təsərrüfatlarının borcu 57,6 trilyon dollar, qeyri-maliyyə şirkətlərinə olan borclar 91,9 trilyon dollar, dövlət borcu 85,7 trilyon dollar, banklar kimi maliyyə şirkətlərinə borclar isə 69,8 trilyon dollar olub.