FED sədri Cerom Pouelin çıxışı ərəfəsində qızıl öz dəyərini qoruyub.

İndex.az xəbər verir ki, bazarlarda FED-in borclanma xərclərini azaltmaq üçün hərəkətə keçməsini gözləndiyi bir vaxtda, qızılın qiyməti tədricən yüksəlib.

"UBS Global Wealth Management"dən Ueyn Qordonun proqnozuna görə, gələn ilin ortalarında qızıl qiymətləri bir unsiya üçün 2 min 700 dollara yaxınlaşacaq.

Qızıl bu il 20%-dən çox dəyər qazanarkən, mərkəzi bankların güclü alışları təhlükəsiz liman tələbinin artmasına dəstək verib.

Qızıl çərşənbə axşamı günü 0,4% artdıqdan sonra Sinqapurda 2 min 513 dollar səviyyəsində satılıb.