Ötən gün rekord həddə çatan qızıl qiymətləri həftənin ikinci ticarət günündə ucuzlaşıb.
İndex.az xəbər verir ki, qızıl həftənin ikinci ticarət günündə bir unsiya üçün 2 min 578 dollara satılıb.
Sentyabrın 17-18-də keçiriləcək iclasda FED-in uçot dərəcələrini 1/4, ya da 1/2 bənd aşağı salacağı ilə bağlı fikirlər bölünüb.
İqtisadçıların bir hissəsinin proqnozuna görə, FED faiz endirimini 1/4 bənd edərək uçot dərəcələrini iki ayrı vaxta aşağı salacaq.
Bəzi iqtisadçılar isə növbəti iclasda FED-in uçot dərəcələrini birbaşa olaraq 1/2 bənd azaldacağını düşünür.
