Qızıl qiymətləri həftənin ilk ticarət günündə sabit olaraq qalıb.

İndex.az xəbər verir ki, qızılın qiyməti ötən həftə 3,4% ucuzlaşdıqdan sonra həftənin ilk ticarət günündə 0,4% bahalaşaraq bir unsiya üçün 2,343 dollara satılıb.

Cümə günü "Miçiqan Universiteti"nin keçirdiyi sorğuda iştirak edən analitiklərin fikirlərinə görə, qızılın qiyməti daha yavaş yüksələcək.