Qızıl qiymətləri altı günlük enişdən sonra yenidən bərpa olunaraq yüksəlməyə başlayıb.

İndex.az xəbər verir ki, qızıl həftənin dördüncü ticarət günündə bir unsiya üçün 2 min 612 dollara satılıb.

FED-in son protokollarından məlum olub ki, FED sədri Cerom Pouelin sentyabr ayında yarım bəndlik faiz endirimi xoş qarşılanmayıb.

Belə ki, bəzi səlahiyyətli şəxslər daha kiçik bir endirimi məqsədəuyğun hesab edirmiş.