FED-in sentyabr ayında uçot dərəcələrini endirmə ehtimalı artdığına görə, qızılın qiyməti yenidən bahalaşıb.

İndex.az xəbər verir ki, qızılın qiyməti 0,3% bahalaşaraq bir unsiya üçün 2 min 395 dollara satılıb.

ABŞ-da açıqlanan şəxsi istehlak xərcləri qiymət indeksindən sonra FED-in uçot dərəcələrini aşağı salmaq ehtimalı güclənib.

FED-in cümə günü açıqladığı inflyasiya məlumatlarına görə, indeks eyni dövrdə aylıq 0,2%, illik bazda isə 2,6% artıb.