Yaxın Şərqdə artan geosiyasi gərginlik və FED-in bu il uçot dərəcələrini azaldacağına dair bazarlarda inamın yaranması qızılın qiymətinə müsbət təsir edib.

İndex.az xəbər verir ki, bu sabah qızılın unsiyası 1,1% bahalaşaraq 2,440,59 dollara çatıb.

Bununla da, qızılın qiyməti aprel ayında əldə edilən rekordu üstələyib.

İnvestorlarda FED-in sentyabr ayında uçot dərəcələrini azalda biləcəyinə dair inam artmaqda davam edir.

Bu ssenari qızılın qiymətini yenidən dəstəkləyə bilər.