İranın İsrailə hücumundan sonra qızıl qiymətləri sürətlə yüksələrək rekord səviyyəyə yaxınlaşıb.

İndex.az xəbər verir ki, qızılın qiyməti, ötən həftə 0,6% bahalaşdıqdan sonra bu həftə 0,4% bahalaşaraq bir unsiya üçün 2,354,62 dollara çatıb.

Yaxın Şərqdəki münaqişə təhlükəli bir hal aldıqdan sonra qızıl ümumilikdə 1,2% bahalaşıb.

Qeyd edək ki, İran İsrailə 300-dən çox pilotsuz təyyarə və raket atıb.

Lakin onların əksəriyyəti ələ keçirilib və heç bir ölüm faktı qeydə alınmayıb.