FED uçot dərəcəsini artırdıqdan sonra qızılın qiyməti kəskin bahalaşıb.

İndex.az xəbər verir ki, FED-in uçot dərəcəsini 25 baza bəndi artıraraq 5-5.25%-ə çatdırması qızılın qiymətinə müsbət təsir edib.

Belə ki, qızılın unsiyasının qiyməti bir anda 2062,99 dollara yüksəlib.

Bu göstərici 2075 dollarlıq rekord göstəricidən sonra qeydə alınan ikinci ən böyük göstəricidir.

Hazərda qızılın unsiyası 2,038 dollara düşüb.

Qeyd edək ki, FED uçot dərəcəsini 25 baza bəndi artıraraq, bunun cari sərtləşdirmə dövründə sonuncu artım ola biləcəyinə işarə etdi.