FED sədri Cerom Pouelin çıxışından əvvəl qızıl bahalaşıb.

İndex.az xəbər verir ki, qızıl həftənin dördüncü ticarət günündə bir unsiya üçün 2 min 661 dollara satılıb.

FED-in 2025-ci ilə qədər uçot dərəcələrini 75 bənddən çox azaldacağı ehtimalını artıran investorlar bu gün ABŞ Xəzinə Bazarı Konfransında Pauellin çıxışını təhlil edəcəklər.