Dörd ildən sonra ilk dəfə bazarlarda FED-in pul siyasətini yumşaltacağı ilə bağlı gözləntilərin başlaması qızıl qiymətlərini rekord həddə çatdırıb.
İndex.az xəbər verir ki, qızıl qiymətləri həftənin ilk ticarət günündə bir unsiya üçün 2 min 585 dollara qədər bahalaşaraq rekord qırıb.
FED-in faiz endiriminin sürəti ilə bağlı fikirlər bölünsə də, bəzi iqtisadçılar daha böyük azalma gözlədiklərini bildiriblər.
