Qızıl dəyərini qorumağı bacarıb.
İndex.az xəbər verir ki, qızıl həftənin ilk ticarət günündə qırdığı rekord səviyyəni qoruyaraq yüksəlişini davam etdirib.
Belə ki, qızıl təxminən 0,4% bahalaşaraq bir unsiya üçün 3 min 222 dollar olub.
Bu göstərici, bazar ertəsi qeydə alınan rekord həddən cəmi 30 dollar aşağıdır.
