ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkənin əsas şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.