Faiz artımı dövrünün bitməsi və son məşğulluq məlumatları qızılı ucuzlaşdırıb.
İndex.az xəbər verir ki, ABŞ-da ən son məşğulluq məlumatları gözləntilərin üzərində çıxsa da, qızıl FED-in faiz artımı dövrünü bitirməsi ilə yenidən ucuzlaşmağa başlayıb.
Hazırda qızılın unsiyasının qiyməti 2020 dollar ətrafındadır.
Cümə günü açıqlanan güclü iş yerləri məlumatları ABŞ-da tənəzzül qorxusunu azaltdığından istiqraz gəlirləri yüksəldi. Çünki investorlar FED-in faizləri daha uzun müddət yüksək saxlaması ehtimalını qiymətləndirdilər və bu, potensial olaraq iyun ayında ardıcıl 11-ci fiaz artımı üçün qapını açıq saxladı.
İnvestorlar bu həftə əsas istehlak qiymətləri indeksi rəqəmlərini yaxından izləyəcəklər.
FED-in yaxından izlədiyi məlumatların aprel ayında 2022-ci ilin aprel ayı ilə müqayisədə 5,5% artacağı gözlənilir.
