Qızıl son 13 ayın ən yüksək həddinə çatdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, investorların ABŞ-ın son iqtisadi məlumatlarını və bunun FED-in faiz artımına edəcəyi təsiri analiz etməsi nəticəsində qızılın qiyməti azalamağa başlayıb.

Hazırda qızılın unsiyası 2007 dollara satılır.

İki gün öncə açıqlanan məlumatlar göstərdi ki, ABŞ-ın xidmət sektoru mart ayında gözlənildiyindən daha yavaş inkişaf edib və şirkətlər gözləniləndən daha az iş yeri yaradıblar.

Bu, ümumiyyətlə, boş pul siyasətindən faydalanan, faizsiz qızıl üçün müsbət əlamət kimi qəbul edilir.

Qızıl, bank sektorundakı qarışıqlıq səbəbiylə mart ayında bahalaşaraq rekord həddə çatmışdı.