ABŞ əmək bazarının güclü qalması qızılı ucuzlaşdırıb.
İndex.az xəbər verir ki, ABŞ-ın daha yüksək borc emissiyası və müsbət əmək bazarı məlumatlarına görə istiqraz gəlirlərinin yüksəlməsindən sonra qızıl dəyər itirib.
Hazırda qızılın unsiyası 1932 dollara satılır.
ABŞ-ın 10 illik istiqrazlarının bir anda artaraq noyabr ayından bəri ən yüksək səviyyəyə çatması qızılı təzyiq altında saxlayıb.
