ABŞ-da borc limiti böhranı qızıla mənfi təsirini göstərir.
İndex.az xəbər verir ki, ABŞ-ın borc limiti böhranı ilə bağlı danışıqlardan gələn müsbət siqnallar və FED rəsmilərinin sərtləşdirmənin bitməyəcəyinə dair açıqlamaları qızılın qiymətini ucuzlaşdırıb.
Hazırda qızılın unsiyası 1962 dollara satılır.
ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bazar ertəsi axşam danışıqların növbəti mərhələsindən sonra borc limiti ilə bağlı razılığa gələ bilməsələr də, onlar danışıqları məhsuldar adlandırıb və danışıqları davam etdirəcəklərinə söz veriblər.
