Bu il ABŞ Federal Ehtiyat Sisteminin ən azı üç dəfə uçot dərəcələrini aşağı salacağı gözlənilir.
İndex.az xəbər verir ki, bu gözləntilər səbəbindən qızılın unsiya qiyməti bu gün səhər 0,4% artaraq 2 min 432 dollara satılıb.
ABŞ-da inflyasiya yavaşladığı üçün investorlar 2024-cü ildə uçot dərəcələrinin ən azı iki dəfə azalacağını gözləyirlər.
"Goldman Sachs", iyul ayında uçot dərəcəsinin endirilməsi üçün səbəblərin çox olduğunu bildirsə də, bu il üç faiz endiriminin baş verməsi ehtimalı 60%-dən çoxdur.
