Ümumdünya Qızıl Şurası 2013-2024-cü il üzrə tədqiqatını açıqlayıb.
İndex.az xəbər verir ki, tədqiqat Mərkəzi Bankların qızıl ehtiyatlarına əsasən hazırlanıb.
Reytinqin lideri Rusiyadır - əlavə 1 298 ton alış. İkinci yerdəki Çin 1 181 ton əlavə qızıl alaraq ikinci yerdə qərarlaşıb, 424 ton əlavə qızıl alan Türkiyə isə 3-cü yerdə qərarlaşıb.
Qızıl ehtiyatlarını ən çox artıran ölkələrdən biri də Qazaxıstandır - 151 ton əlavə qızıl alan qonşularımız dünya üzrə 7-ci yerdədir.
Tədqiqatda qeyd edilir ki, əlvan metala tələbatın artmasının səbəbi çətin geosiyasi və maliyyə durumu ilə əlaqədardır.
2023-cü ildə Mərkəzi Banklar ümumilikdə 1 037 ton qızıl alıb. Bu isə 2022-ci ildəki tarixi rekordun yenilənməsi deməkdir. Qeyd edək ki, 2022-ci ildə Mərkəzi Banklar ümumilikdə 1 082 ton qızıl almışdı.
Bu həcmdə alışlar göstərir ki, Mərkəzi Banklar rezerv aktiv kimi qızıla müsbət yanaşmağa davam edir. Tanınmış ekspertlər arasında keçirilən sorğular göstərir ki, Mərkəzi Bankların 29%-i yaxın 12 ay ərzində qızıl alışını davam etdirəcək.
