Bazarlardakı kəskin enişdən sonra qızılın ucuzlaşması dayanıb.
İndex.az xəbər verir ki, ABŞ-da uçot dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair söyləntilərin dollar və istiqraz gəlirlərini artırmasından sonra ucuzlaşmağa başlayan qızılın qiyməti stabilləşib.
Hazırda qızılın unsiyası 1925 dollara satılır.
Ekspertlər FED-in sentyabr iclasında sərtləşdirmə dövrünü dayandırıb dayandırmamasından asılı olmayaraq, gələn ilin birinci rübündə borclanma xərclərinin yüksək olaraq qalacağını təxmin edirlər.
