Qızılın qiyməti son 13 ayın ən yüksək həddinə çatıb.

İndex.az xəbər verir ki, zəif iqtisadi məlumatların, bank böhranının və mərkəzi bankların aqressiv monetar sərtləşdirmə siyasətinin real iqtisadiyyata mənfi təsiri nəticəsində qızılın qiyməti son 13 ayın ən yüksək həddinə qalxıb.

Belə ki, hazırda qızılın qiyməti 2032 dollara çatıb.

Sonuncu dəfə 2020-ci ilin yayında qızılın qiyməti 2072 dollara çatmışdı.

Qızılın hazırki qiyməti son 13 ayın ən yüksək göstəricisi olsa da, ekspertlər qiymətli metalın 2020-ci ilin yayındakı rekord səviyyəyə çata biləcəyini bildirirlər.