Qızıl qiymətləri yeni enişlə başlayıb.

İndex.az xəbər verir ki, qızılın unsiya qiyməti 0,2% azalaraq 2,511 dollar civarında satılıb.

Dolların bahalaşması qızılın ucuzlaşmasına səbəb olub.

FED sədri Cerom Pouelin cümə günü "Jackson Hole"da etdiyi çıxışdan sonra sentyabr ayında faiz endirimi ilə bağlı gözləntilər gücləndirdiyi üçün qızıl son 2 sessiyada 1%-dən çox bahalaşıb.

Pauelin ardınca FED-in San Fransisko üzrə sədri Meri Deyli də endirimlərə başlamağın məqsədəuyğun olacağını bildirib.

Bu həftə açıqlanacaq inflyasiya məlumatları yaxından təqib ediləcək.

Qızılın unsiyası avqustun 20-də rekordu qıraraq 2 min 531 dollara çatıb.