ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti faiz qərarından əvvəl qızıl öz dəyərini qoruyub.
İndex.az xəbər verir ki, qızılın qiyməti keçən həftə 0,3% ucuzlaşdıqdan sonra bu həftə dəyişməyərək bir unsiya üçün 2,325 dollar səviyyəsində satılıb.
İnvestorlar ABŞ siyasətçilərindən uçot dərəcələrinin gedişi ilə bağlı daha çox məlumat gözləyərkən, bütün gözlər iyunun 11 və 12-də keçiriləcək növbəti görüşdədir.
