ABŞ-ın borc limiti ilə bağlı razılığa gəlməsi qızıla təsirini göstərib.
İndex.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti borc limitinin artırılması ilə bağlı razılığa gəldikdən sonra qızıl bahalaşıb.
Hazırda qızılın unsiyası 1956 dollar civarındadır.
ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının Respublikaçı spikeri Kevin Makkarti çərşənbə günü keçirilməsi gözlənilən səsvermədən əvvəl qanun layihəsi üçün lazımi dəstəyi toplayacaqlarına əminliklərini ifadə ediblər.
