Qızıl qiymətləri ABŞ iqtisadiyyatında durğunluq siqnalları və faiz artımının davam edəcəyi gözləntiləri ilə cüzi bahalaşıb.

İndex.az xəbər verir ki, faiz artımının davam edəcəyi ilə bağlı gözləntilərə görə qızılın unsiyası 0,2% artaraq 1,998 dollar olub.

"FED"in dünən nəşr etdiyi "Bej Kitab" hesabatında inflyasiyanın yavaşladığı bildirilsə də, tənəzzüllə bağlı fikirlər əvvəlki hesabata nəzərən daha çox qeyd edilib.

Bu, qızıl qiymətlərinin yüksəlməsinə şərait yaradıb.

Qeyd edək ki, qızılın qiyməti dünən 0,5% ucuzlaşmışdı.