Qızılın qiyməti yenidən yüksəlişə keçib.
İndex.az xəbər verir ki, ABŞ-da inflyasiya məlumatlarının gözləniləndən daha güclü olması keçən həftə qızılın kəskin ucuzlaşmasına səbəb olsa da, yeni həftə ilə qızıl yenidən bahalaşmağa başladı.
Hazırda qızılın unsiyası 2013 dollara satılır.
Qiymətli metal ötən həftənin son iş günü gözlənilmədən 1.8% ucuzlaşmışdı.
Con Uilliams, Rafael Bostic, Loretta Mester və Lisa Kuk da daxil olmaqla FED rəsmilərinin şərhləri bu həftə yaxından izləniləcək.
