ABŞ-dakı zəif inflyasiya məlumatlarından sonra qızıl ardıcıl 3-cü gün yüksəlişini davam etdirib.
İndex.az xəbər verir ki, ABŞ-da açıqlanan zəif inflyasiya məlumatları FED-in monetar sərtləşdirmə dövriyyəsinin sona yaxınlaşdığına dair ümidləri artırdığından dolların zəifləməyə davam etməsi ilə qızıl ardıcıl 3-cü gün də bahalaşıb.
Hazırda qızılın unsiyası 2024 dollara satılır.
Buna baxmayaraq, FED inflyasiyanın tamamilə aradan qaldırılması üçün səylərini davam etdirməyə hazır olduğundan, may ayında yeni faiz artımı ilə qızılın bahalaşmasını məhdudlaşdıra biləcəyi düşünülür.
