Braziliyanın Çapeko şəhərində yaşayan 43 yaşlı bodibildinq çempionu Carvalho Aita 41 yaşlı əri Valter de Varqas Aita ilə qısqanclıq zəminində mübahisə edib və mətbəx bıçağı ilə ona müxtəlif yerlərdən 21 bıçaq zərbəsi vurub.
İndex.az xəbər verir ki, mübahisə Aitanın onu başqa qadınlarla birlikdə aldatmaqda ittiham etməsi ilə başlayıb.
Ötən mart ayından ərini izləyən Aitanın hadisədən sonra evi tərk etdiyi bildirilir. Bildirilir ki, xəsarət alan Valter de Varqas Aita kömək axtarmaq üçün evdən çıxarkən dəhlizdə qanaxma nəticəsində ölüb.
Polis bədən tərbiyəçisi qadını saxlayıb. Daha sonra o, məhkəmədə həbs edilib.

