ABŞ Müdafiə Nazirliyinin büdcə layihəsində növbəti iki il ərzində Ukraynaya dəstək məqsədilə 800 milyon dollar ayrılması nəzərdə tutulub.
İndex.az xəbər verir ki, bu barədə Konqresin bu həftə səsverməyə başlayacağı dərc edilmiş sənəddə deyilir.
"2026-cı maliyyə ili üçün - 400 milyon dollar. 2027-ci maliyyə ili üçün - 400 milyon dollar", - sənəddə vurğulanıb.
Bundan əlavə, qanun layihəsi Pentaqon rəhbərinin Nümayəndələr Palatasına və Senata Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması və ya xitam verilməsi ilə bağlı hesabat verməyə məcbur edir.
