Qazaxıstan ilk dəfə olaraq adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə Rusiyanı ötərək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri reytinqində lider olub.

Bu barədə İndex.az Rusiyanın RBK telekanalına istinadən xəbər verir.

Bildirilir ki, Beynəlxalq Valyuta Fondunun (İMF) məlumatlarına görə, Qazaxıstanın adambaşına düşən ÜDM-i 14,77 min dollar təşkil edib, Rusiyada bu göstərici 14,26 min dollar, Türkmənistanda isə 13,34 min dollar olub.

Postsovet ölkələri reytinqində ilk üç yeri Baltik ölkələri tutub. Estoniyanın bu göstəricisi 32,76 min dollar, Latviya və Litvada isə müvafiq olaraq 30,84 min dollar və 24,37 min dollar təşkil edib. Beləliklə, Rusiya postsovet respublikaları arasında beşinci yerə düşüb.

2024-cü ildə adambaşına düşən ÜDM Rusiyada 14,79 min dollar, Qazaxıstanda 14,15 min dollar, Estoniya, Latviya və Litvada isə müvafiq olaraq 31,17 min dollar, 23,24 min dollar və 29,34 min dollar təşkil edib.