Rusiya prezidenti Vladimir Putin cümə axşamı Suriyanın devrilmiş lideri Bəşər Əsədlə hələ görüşmədiyini açıqlayıb.

İndex.az xəbər verir ki, paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Putinin gündəmində 8 dekabr bazar günü Bəşər Əsədin devrilməsi və onun həmin gün Moskvaya sığınması olub.

Suriyada baş verənləri məğlubiyyət kimi görməyən Putin 11 gün əvvəl Rusiyaya gələn Əsədlə tezliklə görüşə biləcəyini də əlavə etmişdi.

“Rusiya 10 il əvvəl Suriyaya orada terror məskəninin yaranmasının qarşısını almaq üçün gəldi və məqsədlərinə çatdı”, - Putin bildirib.

Rusiyanın Suriyadakı iki bazasını tərk edib-etməyəcəyinin hələ məlum olmadığını vurğulayan Putin, bu vəziyyətin yeni hakimiyyətin maraqları ilə əlaqəli olduğunu qeyd edib.

.