Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Rusiya rəsmiləri ilə ölkədəki iqtisadi inkişaflarla bağlı görüş keçirib.

İndex.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının inflyasiyanı azaltmaq üçün uçot dərəcələrini artırdığını xatırladan Putin, buna baxmayaraq korporativ və istehlak kreditlərinin artmağa davam etməsinin qəribə olduğunu bildirib:

"İnflyasiyanın azaldılması üçün koordinasiyalı tədbirlərin səmərəliliyini artırmaq lazımdır. Kredit artımı məlumatları qəribədir".