Rusiya prezidenti Vladimir Putin Rusiyanın kənd təsərrüfatı sektorunun rəsmiləri ilə görüşündə bir sıra açıqlamalar edib.

İndex.az xəbər verir ki, Vladimir Putin açıqlamasında bildirib ki, sanksiyalara baxmayaraq, keçən il Rusiyadan xaricə 41,6 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edilib:

"Xarici ticarətdəki maneələrə baxmayaraq, Rusiya keçən il kənd təsərrüfatı məhsulları ixracını 41,6 milyard dollara çatdıra bildi. Bu il taxıl ixracımızın 55-60 milyon ton civarında olacağını gözləyirik”.

Qlobal taxıl bazarında 19% paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.